...

Qətər ukraynalı qaçqınlara yardım üçün 5 milyon dollar ayıracaq

Cəmiyyət Materials 11 Aprel 2022 07:46 (UTC +04:00)
Qətər ukraynalı qaçqınlara yardım üçün 5 milyon dollar ayıracaq

Bakı. Trend:

Qətər hakimiyyəti ukraynalı qaçqın və müvəqqəti köçkünlərə humanitar yardım üçün 5 milyon dollar ayıracaq.

Trend-in məlumatına görə, bu barədə Əmirliyin xarici işlər nazirinin köməkçisi Lolva bint Rəşid əl-Xatər bildirib.

"Qətər Dövləti Qətər Fondu vasitəsilə ukraynalı qaçqın və məcburi köçkünlərə humanitar yardım üçün 5 milyon dollar ayırdığını açıqlayaraq vurğulayıb ki, davam edən eskalasiya və gərginlik şəraitində milyonlarla qaçqının üzləşdiyi çətin humanitar vəziyyət həyati ehtiyaclarına cavab vermək üçün fövqəladə hallar planları hazırlamaq üçün beynəlxalq ictimaiyyətin həmrəyliyini tələb edir", - deyə qeyd olunub.

Onun sözlərinə görə, Qətər "Ukraynada hərbi əməliyyatları dərhal dayandırmağa və yardımın çatdırılması üçün humanitar dəhlizlərin təhlükəsizliyini təmin etməyə", habelə münaqişənin diplomatik üsullarla həllinə çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti