Şamaxı. Trend:
Hazırda Bakıda cəmi iki tibb müəssisəsi koronavirus xəstələrinə xidmət göstərir.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov deyir.
O qeyd edib ki, həm Bakıda, həm də regionlarda vaksinasiya göstəriciləri kifayət qədər yaxşıdır.
V.Qurbanovun sözlərinə görə, koronavirusa yoluxma sayının aşağı olması xəstəxanaların əvvəlki fəaliyyətlərini bərpa etməsinə səbəb olub. "Bakıda cəmi iki tibb müəssisəsi koronavirus xəstələri üçün çalışır. Bu da aktiv xəstə sayının azalmasından irəli gəlir. Hazırda stasionar şəraitdə müalicə alan şəxslərin sayı nəzərə çarpacaq dərəcədə azdır. Vətəndaşlardan bir daha xahiş edirik ki, gigiyenik qaydalara əməl etsinlər. Çünki pandemiya hələ də davam edir. Bütövlükdə bu sahədə nəzarət tədbirlərimiz davam edir",- V.Qurbanov deyib.