...

Bakıda qazi adı ilə dilənçilik edən şəxs ifşa olundu (VİDEO)

Cəmiyyət Materials 3 May 2022 10:33 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtda özünü qazi kimi təqdim etməklə, hərbi geyimdə, əlil arabasında dilənçilik edən şəxsin əməlləri polis tərəfindən ifşa edilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, 1996-cı il təvəllüdlü Ağdaş rayon sakini Ümid Məmmədov daha asan və daha çox “qazanc” əldə etmək məqsədilə ənənəvi üsullardan kənar yollarla dilənçilik fəaliyyəti ilə məşğul olub.

Sağlamlıq vəziyyəti qaydasında olan, heç bir əlillik dərəcəsi olmayan Ü.Məmmədov barəsində araşdırmalar davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti