Bakı. Trend:
Milli Məclisin bu gün keçirilən iclasında “Qida təhlükəsizliyi” haqqında qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Trend-in məlumatına görə, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci, 20-ci və 26-cı bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində insanların və heyvanların həyat və sağlamlığının, habelə istehlakçıların hüquqlarının müdafiəsi üçün qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.