...

Azərbaycanda 2 nəfər COVID-19-a yoluxub, ölən yoxdur

Cəmiyyət Materials 23 May 2022 16:32 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, müalicə olunaraq sağalan olmayıb.

Bu barədə Trend-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 714 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 957 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib, aktiv xəstə sayı 47 nəfərdir.

Ölkədə son sutka ərzində 1 842, hazırkı dövrədək isə 6 874 348 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti