...

Televiziya və radioda çalışanların sayı açıqlanıb

Cəmiyyət Materials 25 May 2022 10:46 (UTC +04:00)
Televiziya və radioda çalışanların sayı açıqlanıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ümumölkə televiziya və radio yayımçılarında 4374 nəfər fəaliyyət göstərir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Audiovizual Şurasının 2021-ci il üçün audiovizual industriya bazarının illik qısa analizində bildirilib.

Qeyd edilib ki, onlardan 4011 nəfər televiziya, 363 nəfər isə radio sahəsində məşğuldur.

Dövlət büdcəsindən maliyyələşən yayımçılarda (AZTV, Mədəniyyət TV, İdman TV, İTV, İctimai Radio, Azərbaycan Radiosu) 1920 nəfər, dövlət büdcəsindən maliyyələşməyən yayımçılarda (Space TV, ATV, Xəzər TV, ARB, ARB 24, CBC Sport TV, Real TV, Space Radio, Azad Azərbaycan Radio, 106FM, Xəzər FM, Araz Radio, Media FM, Radio Enerji, Radio TMB, ASAN Radio, Avto FM) isə 2454 nəfər işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti