...

Şagirdlərin elektron yerdəyişməsi dayandırılır

Cəmiyyət Materials 26 May 2022 09:14
Şagirdlərin elektron yerdəyişməsi dayandırılır

Trend-i buradan izləyin

Bakı. Trend:

31 may saat 17:00-dan etibarən 2021-2022-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi dayandırılacaq.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, növbəti tədris ili üçün elektron yerdəyişmə prosesinin başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti