...

Azərbaycanda 27 nəfər COVID-19-a yoluxub, ölən yoxdur

Cəmiyyət Materials 22 İyun 2022 16:31 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 27 yeni yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 063 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 196 nəfər müalicə olunaraq sağalıb, 9 716 nəfər vəfat edib, aktiv xəstə sayı 151 nəfərdir.

Ölkədə son sutka ərzində 2 807, hazırkı dövrədək isə 6 945 598 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti