Bakı. Trend:
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyinə 348 məktəbəqədər təhsil müəssisəsi keçib.
Trend-in məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva Bakı şəhəri təhsil işçilərinin Sentyabr konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, onlardan 8-nin fəaliyyəti dayandırılıb.
“Ümumi bağçalardan 264-ü körpələr evidir. 4 bağça əsaslı təmir olunub, 18 bağçada cari təmir işləri başa çatdırılıb", - deyə M.Vəliyeva əlavə edib.