...

DİN dilənçilik edən şəxslərlə polislər arasında yaşanan mübahisəyə aydınlıq gətirib

Cəmiyyət Materials 5 Oktyabr 2022 18:07 (UTC +04:00)
DİN dilənçilik edən şəxslərlə polislər arasında yaşanan mübahisəyə aydınlıq gətirib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Sosial şəbəkələrdə payataxtın mərkəzində dilənçilik edən şəxslərlə polis əməkdaşları arasında mübahisəni əks etdirən görüntülər yayılıb.

Trend xəbər verir ki, görüntülərlə bağlı mətbuatın sorğusuna cavab olaraq DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, həmin şəxslərə dəfələrlə xəbərdarlıqlar, inzibati tənbeh tədbirləri görülməsinə baxmayaraq, onlar azyaşlı uşaqlarla birgə dilənçilik əməllərini davam etdiriblər.

"Bu gün yenidən onların dilənçilik əməllərinin qarşısının alınması məqsədilə ərazidə xidmət aparan polis əməkdaşları ilə mübahisə ediblər. Bu zaman polis əməkdaşının vətəndaşa qarşı etdiyi hərəkət sözsüz ki, qəbuledilən deyil, yolverilməzdir. Odur ki, həmin şəxslərə qarşı kobudluq edən iki əməkdaş intizam məsuliyyətinə cəlb edilərək tutduqları vəzifədən azad ediliblər.

Hazırda onlar barəsində xidməti yoxlamalar başlayıb. Nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti