...

Həbsdə olan sabiq icra başçısı müalicə müəssisəsinə köçürülüb

Cəmiyyət Materials 6 Oktyabr 2022 11:36 (UTC +04:00)
Həbsdə olan sabiq icra başçısı müalicə müəssisəsinə köçürülüb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Yevlax rayon İcra Hakimiyyətinin sabiq başçısı, hazırda həbsdə olan Qoca Səmədov müalicə müəssisəsinə yerləşdirilib.

Trend-in məlumatına görə, cəzaçəkmə müəssisəsində səhhəti pisləşən Qoca Səmədov Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.

Qeyd edək ki, sabiq icra başçısı məhkəmə istintaqı dövründə ürəyindən iki dəfə əməliyyat olunub. Ötən gün isə həkimlərin müayinəsindən sonra ürəyində yenidən problem yarandığı bildirilib.

Xatırladaq ki, Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.

Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısına son olaraq 5 il 9 ay azadlıqdan mərhumetmə cəzası təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti