...

Səhv ölüm qeydiyyatı aparan vəzifəli şəxslər 300 manatadək cərimələnəcəklər

Cəmiyyət Materials 14 Oktyabr 2022 13:14 (UTC +04:00)
Səhv ölüm qeydiyyatı aparan vəzifəli şəxslər 300 manatadək cərimələnəcəklər
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda ölümün qeydə alınması qaydasının pozulmasına görə cərimələr müəyyənləşib.

Trend xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə yeni 562-1-ci maddə (Ölümün qeydə alınması qaydasının pozulması) əlavə olunub.

Yeni maddəyə əsasən, tibb müəssisəsi tərəfindən ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə vəzifəli şəxslər 150 manatdan 300 manatadək məbləğdə cərimə ediləcək.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən ölüm haqqında məlumatın informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə vəzifəli şəxslər 150 manatdan 300 manatadək məbləğdə cərimə olunacaq.

Dəyişiklik səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti