Bakı. Trend:
Sentyabr ayının əvvəlində qısa dövr ərzində məktəblərdə dərsliklərin təminatı ilə bağlı problem yaranıb.
Trend-in məlumatına görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bu gün keçirilən “Uşaq müdafiəsi: dialoq mühiti və qurumlararası əməkdaşlıq” adlı konfrans zamanı jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, həmin məsələ öz həllini tapıb və dərslik çatışmazlığı ilə bağlı problem yoxdur.