...

Azərbaycanda 56 nəfər COVID-19-a yoluxub, 2 nəfər ölüb

Cəmiyyət Materials 22 Oktyabr 2022 16:39 (UTC +04:00)
Azərbaycanda 56 nəfər COVID-19-a yoluxub, 2 nəfər ölüb

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 56 yeni yoluxma faktı qeydə alınıb, 57 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər ölüb.

Azərbaycanda indiyədək ümumilikdə 822 908 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 812 601 nəfər müalicə olunaraq sağalıb, 9 937 nəfər vəfat edib, aktiv xəstə sayı 370 nəfərdir.

Ölkədə son sutka ərzində 2 540, hazırkı dövrədək isə 7 303 826 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti