...

Həbsdə olan sabiq icra başçısının vəziyyəti pisləşdi, o hospitala yerləşdirildi

Cəmiyyət Materials 31 Oktyabr 2022 13:12 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Yevlax Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Qoca Səmədov Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.

Trend-in məlumatına görə, sabiq icra başçısının səhhəti pisləşib və o, Penitensiar Xidmətin müalicə müəssisəsindən adıçəkilən hospitala köçürülüb.

Xatırladaq ki, Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.

Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısına son olaraq 5 il 9 ay azadlıqdan mərhumetmə cəzası təyin olunub. Hazırda onun çəkilməmiş 2 il cəza müddəti qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti