...

Azərbaycandakı yəhudilər israillilərin gözü ilə - Reportaj

Cəmiyyət Materials 12 Noyabr 2022 15:47 (UTC +04:00)
Azərbaycandakı yəhudilər israillilərin gözü ilə - Reportaj
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin "Ynet" saytında bu yaxınlarda konfransda iştirak etmək üçün Bakıda səfərdə olan Bar-İlan Universitetinin Fəlakət Tədqiqat İnstitutunun əməkdaşı İoav Rappelin reportajı dərc olunub.

Trend-in şənbə günü məlumatına görə, reportajda qeyd olunur ki, Bakının yəhudi icması 25 min nəfər təşkil edir və üzvlərin 10 faizi icmanın həyatında fəal iştirak edir.

İ.Rappelin sözlərinə görə, şəhərdə ekskursiya zamanı o, üç sinaqoqda olub.

"Onlar bir-birinə yaxın yerləşsələr də, orada olan qaydalar əhəmiyyətli dərəcədə fərqlənir. Biz Bakıdakı yəhudilərin ümumi sayının 10 faizini təşkil edən gürcü yəhudilərinin, dağ yəhudilərinin (70 faiz) və 120 il əvvəl şəhərə gələn əsasən polyak mənşəli Aşkenazi yəhudilərinin (20 faiz) sinaqoqunda olduq". - reportajda deyilir.

Müəllif həmçinin 1994-cü ildə qurulan 250 şagirdlik yəhudi məktəbi haqqında da yazıb.

"Avropa standartlarına görə bu, böyük rəqəmdir. Məktəbə dağ yəhudisi, Bakıdakı gürcü-yəhudi icmasına da başçılıq edən ravvin Zamir İsayev rəhbərlik edir. Məktəbdə məktəbəqədər yaşdan 17 yaşa qədər uşaqlar təhsil alır. Burada ivrit, ingilis, fransız, azərbaycan və rus dilləri tədris edilir", - müəllif yazır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti