...

Dörd apelyasiya məhkəməsinə yeni hakimlər təyin edilib

Cəmiyyət Materials 23 Dekabr 2022 11:34 (UTC +04:00)
Dörd apelyasiya məhkəməsinə yeni hakimlər təyin edilib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Gəncə, Sumqayıt, Şəki və Şirvan Apelyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib.

Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında, Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında, Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında, Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında məsələ müzakirə edilib.

Müzkirələrdən sonra təklif səsverməyə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti