Bakı. Trend:
Bu gün metronun yeni "Xocəsən" stansiyası ilk sərnişinlərini qəbul edib.
Trend-in məlumatına görə, bunu bu gün “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov Bakı Metropoliteninin “Xocəsən” elektrik deposunun və stansiyasının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, artıq ilk sərnişinlər qatarlardan istifadə edib.
""Xocəsən" stansiyası Bakı Metropoliteninin 27-ci stansiyasıdır. Digər yerüstü "Bakmil" stansiyasından fərqli olaraq sərnişindaşımada daha intensiv istifafə olunacaq”,- deyə o əlavə edib.