...

Mərkəzi Gömrük Hospitalında ekspres test vasitəsilə COVİD-19, influenza A və influenza B virusları yüksək dəqiqliklə təyin edilir

Cəmiyyət Materials 9 Fevral 2023 14:44 (UTC +04:00)
Mərkəzi Gömrük Hospitalında ekspres test vasitəsilə COVİD-19, influenza A və influenza B virusları yüksək dəqiqliklə təyin edilir

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalında ekspres test vasitəsilə COVİD-19, İnfluenza A və İnfluenza B virusları yüksək dəqiqliklə təyin edilir.

Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyasında COVİD-19, İnfluenza A və İnfluenza B virusları ekspress test vasitəsilə cəmi 20 dəqiqə ərzində yüksək dəqiqliklə təyin edilir. Mövsümi respirator virus infeksiyalarının geniş yayıldığı zamanda düzgün diaqnozun vaxtında qoyulması və vaxt itirmədən müalicəyə başlamaq çox vacibdir. Bu test vasitəsi ilə 3 virusu eyni anda diferensiasiya etmək mümkündür. Test böyüklərdə xəstəliyin ilk 14 günü, uşaqlarda 3-7 günündə verilməlidir.

Qeyd edək ki, ekspress test burun və boğazdan alınan yaxma vasitəsilə aparılır. Baş ağrısı, halsızlıq, burun axması, hərarət, boğaz ağrısı, öskürək, ishal kimi simptomları olanlar bu testi verə bilərlər. Ekpress testin qiyməti 37 AZN təşkil edir. Ətraflı məlumat almaq üçün Mərkəzi Gömrük Hospitalının Çağrı Mərkəzinin (012) 404 08 08 nömrəsinə zəng vurmaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti