Bakı. Trend:
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində ehtiyat zabit və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kurslarının növbəti buraxılış mərasimləri keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, eləcə də qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Mərasimlərdə çıxış edənlər kursu müvəffəqiyyətlə bitirmələri
münasibətilə məzunları təbrik edib, onlara gələcək xidmətlərində
uğurlar arzulayıblar.
Məzunlar kurs müddətində qazandıqları bilik və praktiki vərdişləri
xidmət yerlərində tətbiq edəcəklərinə, üzərilərinə düşən vəzifə
borclarını layiqincə yerinə yetirəcəklərinə söz veriblər.
Sonda məzunlara sertifikatlar təqdim edilib və xatirə şəkilləri çəkdirilib.