Bakı. Trend:
Xaçmaz rayonunda Xocalı faciəsinin 31-ci il dönümü ilə əlaqədər “Xocalını unutmayaq” adlı tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İştirakçılar Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzinin foyesində Xocalı faciəsinə həsr olunmuş sərgi ilə tanış olublar.
Ulu Öndər Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Xocalı faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Mədəniyyət işçiləri və məktəblilər “Xocalını unutmayaq” adlı ədəbi bədii kompazisya ilə çıxış edib, vətənpərvərlik ruhunda şerlər səsləndiriblər.