...

Ombudsman tıxacların aradan qaldırılması ilə bağlı təklif irəli sürüb

Cəmiyyət Materials 3 Mart 2023 14:17 (UTC +04:00)
Ombudsman tıxacların aradan qaldırılması ilə bağlı təklif irəli sürüb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ombudsman tıxacların aradan qaldırılması ilə bağlı təklif irəli sürüb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsində deyilir.

Sənəddə sərnişinlərin ictimai nəqliyyata əlçatanlığının təmin edilməsi, gecikmələrin və sıxlığın qarşısının alınması məqsədilə xidmət keyfiyyətinin artırılması, istismarda olan avtobusların texniki sazlığına, sanitar-gigiyenik normalara nəzarətin gücləndirilməsi, avtobusların sayının və aralıq müddətinin (intervalın) müvafiq marşrut xətləri üzrə sərnişinlərin sıxlığına uyğunlaşdırılması, daşıyıcı şirkətlərin fəaliyyətinə, o cümlədən sürücülərin sağlamlıq və psixoloji vəziyyətinə nəzarətin artırılması təklif edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti