...

Şagird sayı 500-dək olan məktəblərə direktorların işə qəbulu başlayır

Cəmiyyət Materials 3 Aprel 2023 14:26 (UTC +04:00)
Şagird sayı 500-dək olan məktəblərə direktorların işə qəbulu başlayır
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 4-dən şagird sayı 500-dək və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə işə qəbul prosesi ilə bağlı sənəd qəbuluna başlanılacaq. Sənəd qəbulu prosesi 11 aprel tarixinədək davam edəcək.

Elm və Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, müraciət etmək istəyən şəxslər zəruri sənədləri (kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsiyyəti təsdiq edən sənədin, təhsil haqqında sənədin və ona əlavənin, əmək kitabçasının surəti) çalışdıqları ümumi təhsil müəssisəsinin tabe olduğu təhsil idarəsinə təqdim edə bilərlər.

Qeyd edək ki, şagird sayı 150-dək olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul yalnız müsahibə yolu ilə, şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul müsabiqə (test və müsahibə) yolu ilə regional təhsil idarələri tərəfindən həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti