...

3 saylı uşaq evində nə baş verir? - Müəssisənin müdiri bütün məqamları açıqladı (FOTO/VİDEO)

Cəmiyyət Materials 4 Aprel 2023 17:03 (UTC +04:00)
3 saylı uşaq evində nə baş verir? - Müəssisənin müdiri bütün məqamları açıqladı (FOTO/VİDEO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Son günlər sosial şəbəkələrdə Bakıdakı 3 saylı Uşaq evində tərbiyə alan 17 yaşlı Məhəmməd Hacıyevlə bağlı də müəyyən məlumatlar yayılır. M. Hacıyevin açıqlama verməsi, uşaq evindəki vəziyyətlə bağlı ittihamlar səsləndirməsi cəmiyyətdə müəyyən çaşqınlıq yaradıb.

Trend-in çəkiliş qrupu məsələ ilə bağlı sözügedən uşaq evində olub, uşaq evindəki vəziyyətlə maraqlanıb.

Çəkiliş qrupumuz ilk növbədə uşaq evinin mətbəx və yeməkxanasında olub, yeməklərin keyfiyyəti ilə maraqlanıb, müəssisədə uşaqlara yaradılmış şəraitlə tanış olub.

Müəssisədəki uşaqlar və tərbiyəçilərdən Məhəmməd Hacıyevin sosial şəbəkələrdəki ittihamları barədə soruşduq.

Məlumat verildi ki, 2006-ci il təvəllüdlü Məhəmməd Haciyev müəssisədə qaldığı dövrlərdə dəfələrlə uşaq evinin intizam qaydalarını kobud şəkildə pozsa da, tərbiyəçiləri onun uşaqlarla münasibətini düzəltməyə cəhd edib. Lakin o müəssisədəki digər uşaqlara şiddət göstərib. Dəfələrlə onun oğurluq halları aşkarlanıb, uşaq evində siqaret və qəlyan çəkməklə digər kimsəsiz uşaqları da bu yola çəkməyə cəhd edib. Məhəmməd Hacıyevin uşaqlıqdan müəyyən psixi problemləri olduğundan o 2020-ci ildə Respublika Psixiatriya Xəstəxanasında (emosiya və davranışın pozuluşu diaqnozu ilə) müalicə olunub. Amma o tam müalicə kursu keçməyib və yenidən uşaq evinə qaytarılıb.

2018-ci ildə M. Hacıyev bir ailə tərəfindən övladlığa gotürülsə də, bir müddət sonra ailə ondan imtina edib. Ailə 2020-ci ildə M. Hacıyevdən məhkəmə qaydasında imtina edərək yenidən uşaq evnə qaytarıblar. Buna səbəb Məhəmməd Hacıyevin ailə daxilində özünü apara bilməməsi və digər qanunazidd əməllər törətməsi olub. 2021-ci ildə Məhəmmədlə birlikdə həmin uşaq evində böyümüş doğma qardaşı Əli onu müəssisədən götürərək öz evinə aparsa da, bir müddətdən sonra eyni səbəblərdən uşaq evinə qaytarıb.

Son dəfə martın 19-da Məhəmməd Hacıyev növbəti dəfə uşaq evindən qaçaraq Biləsuvar rayonuna getmiş, 2 gün sonra isə geri qaytarılıb.

Uşaq evinin müdiri Məhbubə Hüseynova Trend-ə bildirib ki, məsələ polis nəzarətində olduğundan Məhəmməd Hacıyev martın 23-də ərazi üzrə polis əməkdaşları tərəfindən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib və hazırda orada müalicə alır. Törətdiyi əməllərin məsuliyyətindən çəkinərək müxtəlif ittiham xarakterli videoları sosial şəbəkədə yerləşdirməklə özünə haqq qazandırmağa çalışır.

Müəssiə ilə tanışlıq zamanı orada uşaqlar üçün yaxşı şərait yaradıldığının şahidi olduq. Uşaq evində yeməklərin keyfiyyəti, asudə vaxtlarını keçirmək üçün yaradılan şərait, yataq otaqlarının vəziyyəti qənaətbəxş idi. Müəssisədə uşaqların məşğuliyyəti üçün rəsm, rəqs, əmək və digər dərnəklər təşkil olunub, onların asudə vaxtlarını keçirməsinə şərait yaradılıb.

Məhəmməd Hacıyevin taleyinə gəlincə isə müəssisə rəhbəri bildirdi ki, yeniyetmə hazırda nəzarətdədir, müalicəsinin düzgün aparılması ilə bağlı 1 saylı Respublika Psixatriya Xəstəxanasının rəhbərliyi ilə mütəmadi əlaqə saxlanılır. M. Hacıyev müəyyən kurs müalicə alandan sonra yenidən uşaq evinə qaytarılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti