...

Psixotrop maddələr və yeni növ sintetik narkotik vasitələr mövzusunda növbəti təlim həyata keçirilib

Cəmiyyət Materials 12 Aprel 2023 16:03 (UTC +04:00)
Psixotrop maddələr və yeni növ sintetik narkotik vasitələr mövzusunda növbəti təlim həyata keçirilib

Bakı. Trend:

11 aprel 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müvafiq sərəncamına əsasən “Psixotrop maddələr, yeni növ sintetik narkotik vasitələr, hallüsinogenlər və prekursorlar” mövzusunda növbəti təlim Baş Gömrük Mühafizə Xidmətində həyata keçirilib.

Baş Gömrük Mühafizə Xidmətindən Trend-ə verilən məlumata görə, təlimdə Baş Gömrük Mühafizə Xidməti rəisinin birinci müavini Sabir İsmayılov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisləri gömrük xidməti baş leytenantı Azad Əhmədov və gömrük xidməti leytenantı Şəhla Mirzəzadə, Dövlət Gömrük Komitəsinin Akademiyasının Əlavə təhsil şöbəsinin böyük mütəxəssisi, gömrük xidməti leytenantı Yavər Məmmədova və Baş Gömrük Mühafizə Xidmətinin əməkdaşları iştirak ediblər.

“Narkotik vasitələr və psixotrop maddələr: müasir dünyanın qlobal çağırışı” və “Saxta dərman vasitələri və onların yayılmasına qarşı mübarizə” mövzularında təqdimatların dinlənildiyi təlimin sonunda auditoriyanı maraqlandıran suallar cavablandırılıb.

Təlim xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti