...

Su hövzələrindən üç min metr uzunluğunda sintetik tor yığışdırılıb (FOTO)

Cəmiyyət Materials 15 Aprel 2023 14:11 (UTC +04:00)
Su hövzələrindən üç min metr uzunluğunda sintetik tor yığışdırılıb (FOTO)

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rəsmi sosial şəbəkə hesablarında start verilmiş "Hövzələri sintetik torlardan birlikdə təmizləyək" layihəsi çərçivəsində vətəndaşlardan daxil olan koordinatlar əsasında sintetik torların yığışdırılması davam edir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, ETSN-in Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, təkcə vətəndaşlardan daxil olan məlumatlar əsasında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xəzər dənizinin Astara rayonu akvatoriyasından, Kür çayından, Qumyataq gölündən və digər daxili su hövzələrindən 3074 metr uzunluğunda 49 ədəd sintetik tor yığışdırılıb.

“Geniş ictimaiyyətin dəstəyi ilə balıq ehtiyatlarının mühafizəsi işini möhkəmləndirmək məqsədilə başladılan layihəyə dəstək olan, fəallıq nümayiş etdirən və su hövzələrində rast gəldikləri sintetik torlar barədə Nazirliyə məlumat verən bütün vətəndaşlara təşəkkür edir, onları hövzələrin mühafizəsində daha aktiv iştirak etməyə səsləyirik".

S.Məmmədova bir daha təbiətsevər şəxsləri su hövzələrində rast gəldikləri sintetik torlar barədə Nazirliyin rəsmi sosial şəbəkə hesablarına və ya teleqram qrupuna (https://t.me/+tb9ED95-my9iOTIy) dəqiq koordinatlar göstərilməklə məlumat verməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti