...

1-ci mərhələdə Qarabağa 66 min nəfərin qayıdacağı gözlənilir - Prezidentin xüsusi nümayəndəsi

Cəmiyyət Materials 17 Aprel 2023 13:23 (UTC +04:00)
1-ci mərhələdə Qarabağa 66 min nəfərin qayıdacağı gözlənilir - Prezidentin xüsusi nümayəndəsi
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Şamaxı. Trend:

"Böyük Qayıdış"ın 1-ci mərhələsində 66 min nəfər həmvətənimizin öz evlərinə qayıdacağı gözlənilir.

Trend xəbər verir ki, bu barədə bu gün Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunun tərkibinə daxil olan işğaldan azad edilmiş ərazilərindəki (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov "İşğaldan azad olunmuş ərazilərin investisiya cəlbediciliyi" mövzusunda Şamaxıda keçirilən elmi-praktik konfransda deyib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə bərpa və reabilitasiya prosesini 3 mərhələyə bölmək olar.

"1-ci mərhələ 2022-2026-cı illəri, 2-ci 2030-cu ilədək dövrü, 3-cü mərhələ isə 2040-cı ilədək dövrü əhatə edir. 1-ci mərhələdə əsas məqsədlər Füzuli və Ağdamda iki şəhər mərkəzinin və 32 kəndin yenidən qurulmasından, həmçinin Hadrut, Suqovuşan və Tuğda turizmin inkişafından ibarətdir", - E.Hüseynov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti