...

Azərbaycanda daha 62 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

Cəmiyyət Materials 18 Aprel 2023 11:56 (UTC +04:00)
Azərbaycanda daha 62 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 62 yeni yoluxma faktı qeydə alınıb, 55 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 830 918 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 820 216 nəfər müalicə olunaraq sağalıb, 10 217 nəfər vəfat edib, aktiv xəstə sayı 485 nəfərdir.

Ölkədə son sutka ərzində 1321, hazırkı dövrədək isə 7 578 265 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti