...

Bu müəllimlər işdən çıxarılacaq - Nazir açıqladı

Cəmiyyət Materials 16 May 2023 16:16 (UTC +04:00)
Bu müəllimlər işdən çıxarılacaq - Nazir açıqladı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu il 33315 müəllim sertifikatlaşdırma prosessinə cəlb olunub.

Trend xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə çıxışı zamanı deyib.

“60 yaş üstü müəllimlərin sertifikatlaşdırma prosesində iştirak etməmə hüququ var. Lakin iki dəfə uğursuz olduqda əmək müqaviləsinə xitam verilə bilər”, - deyə nazir əlavə edib.

Onun sözlərinə görə, ötən il sertifikasiyada uğursuz olan müəllimlər bu il də uğursuz olsalar, əmək müqavilələrinə xitam veriləcək.

“Ötən il uğursuz olan müəllimlər üçün təlim mərkəzləri təşkil edilib. Lakin həmin mərkəzdə iştirakdan imtina edən müəllimlər var. Onların imtina səbəbləri nazirlik tərəfindən araşdırılır”, - deyə nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti