Bakı. Trend:
Bu il müəllimlərin işə qəbulunda 10 mindən çox vakansiya olması planlaşdırılır.
Trend xəbər verir ki, bunu media üçün keçirilən brifinqdə çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.
“Növbəti həftədən müəllimlərin işə qəbulu üzrə imtahanlarda iştirak üçün elektron sənəd qəbulu başlayır. Bu il 8 minə yaxın müəllim eyni anda imtahan verə biləcək”,- deyə nazir əlavə edib.