...

Azərbaycanın "Drakon"u həbs edildi (FOTO)

Cəmiyyət Materials 19 May 2023 12:02 (UTC +04:00)
Azərbaycanın "Drakon"u həbs edildi (FOTO)

Bakı. Trend:

Tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayev həbs olunub.

Trend xəbər verir ki, ötən gün Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilərək, barəsində 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarıb.

Qeyd edək ki, tanınmış aktyor Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında həbs edilib. Cinayət işi 2018-ci ildən davam edir və bu gün zərərçəkənlərin birinci instansiya məhkəməsinin qərarından verdikləri apellyasiya şikayətinə baxılıb.

Xatırladaq ki, Rza Rzayev Aqil Abbasın “Dolu” əsərinin motivləri əsasında çəkilmiş eyniadlı filmdə yaratdığı “Drakon” obrazıyla məşhurluq qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti