Bakı. Trend:
Mayın 27-də Tərtər rayonunun Çaylı kəndi ərazisində partlayış baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Tərtər rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, ilkin araşdırma zamanı qeyd olunan ərazidə tikinti işlərinə cəlb olunan 1986-cı il təvəllüdlü Əsgərov Məhsin Həsən oğlunun ərazidəki sursatın partlaması nəticəsində xəsarət alması müəyyən edilib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.