Bakı. Trend:
Audiovizual mediada müəyyən qüsurlar var.
Trend-in məlumatına görə, bunu bu gün Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov “Audiovizual mediada uşaq hüquqlarının qorunması” mövzusunda dəyirmi masada deyib.
Aparat rəhbəri bildirib ki, həmin qüsurlar cəmiyyəti narahat edir: "Bu sahədə monitorinqlər keçirilir və araşdırılır. Bəzən monitorinqdə aşkarlanmayan pozuntular şikayət əsasında müəyyən edilib. Bəzən pozuntulara görə yayım dayandırılır. Yayımçı üçün yayımın dayandırılması maliyyə sanksiyasından ağırdır".