...

Kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin ehtiyatını təşkil edən dairə dəqiqləşdirilir

Cəmiyyət Materials 13 İyun 2023 13:02 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin ehtiyatını təşkil edən dairə dəqiqləşdirilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, bu subyektlərdə həqiqi hərbi xidmətdən buraxılaraq öz ehtiyatlarına keçirilmiş hərbi vəzifəlilər kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin ehtiyatını təşkil edəcək.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti