...

Beynəlxalq Qırmızı Xaç Komitəsi mülki ermənilərin avtomobillərindən istifadə edir (VİDEO)

Cəmiyyət Materials 14 İyun 2023 14:43 (UTC +04:00)
Beynəlxalq Qırmızı Xaç Komitəsi mülki ermənilərin avtomobillərindən istifadə edir (VİDEO)

Bakı. Trend:

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti zonasında yaşayan Qarabağ ermənilərinə yardımlar gətirməyə davam edir.

Trend xəbər verir ki, bu gün də “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçən BQXK-nın humanitar yardım daşıyan nəqliyyat vasitələrinin görüntüləri yayılıb. Bu kadrlar bir daha təsdiq edir ki, istər ermənilərin “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçməklə hər iki istiqamətdə sərbəst hərəkəti təmin olunmaqla yanaşı, onların Ermənistan siyasi rəhbərliyinin və separatçıların bildirdiyi kimi humanitar böhranla üz-üzə qaldıqları xəbərləri də əsassız, heç bir həqiqəti əks etdirməyən qarayaxma kompaniyasından başqa bir şey deyil.

Lakin burada bir məqam diqqətdən yayınmır. Beynəlxalq Qırmızı Xaç cəmiyyəti Qarabağda yaşayan mülki şəxslərin avtomobillərindən istifadə etməklə məhz bu "humanitar yardımların" çatdırılmasında fəallıq göstərirlər.

Həmin kadrları təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti