...

Təxirə salınmış reyslərin bütün sərnişinləri Naxçıvana yola salınıb - AZAL

Cəmiyyət Materials 21 İyun 2023 12:53 (UTC +04:00)
Təxirə salınmış reyslərin bütün sərnişinləri Naxçıvana yola salınıb - AZAL

Bakı. Trend:

Ötən gündən etibarən ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti ilə əlaqədar uçuşları təxirə salınmış sərnişinlərin daşınması üçün AZAL aviaşirkəti Bakı-Naxçıvan-Bakı marşrutu üzrə əlavə reys yerinə yetirib.

AZAL-ın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aviaşirkətin J2-2153 reysini yerinə yetirən təyyarə təxirə salınmış iki reysin sərnişinləri ilə birlikdə saat 12:37-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Naxçıvana yola düşüb.

Beləliklə, təxirə salınmış reyslərin bütün sərnişinləri Naxçıvana yola düşüblər. Bundan sonra bu istiqamətdə uçuşların icrası əsas cədvələ uyğun olaraq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti