...

Sahil Babayev Salyan rayonunda vətəndaşları qəbul edib (FOTO)

Cəmiyyət Materials 25 İyun 2023 16:10 (UTC +04:00)
Sahil Babayev Salyan rayonunda vətəndaşları qəbul edib (FOTO)

Bakı. Trend:

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Salyan rayonunda Salyan və Neftçala rayonlarının sakinlərini qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, qəbuldan əvvəl Sahil Babayev və Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Qəbul zamanı vətəndaşların sosial təminat, əlillik və reabilitasiya, mənzillə təminat, məşğulluq, özünüməşğulluq proqramına cəlb edilmə və s. məsələlərə dair müraciətləri dinlənilib.

Müraciət edən vətəndaşların bir hissəsi şəhid ailələrinin üzvləri və müharibə veteranları olub.

Müraciətlərin hər birinin fərdi qaydada araşdırılaraq nəticəsinə uyğun tədbirlər görülməsi təmin edilib. Vətəndaşlar aktiv məşğulluq proqramlarına, o cümlədən özünüməşğulluq, ictimai işlər proqramlarına, reabilitasiya xidmətlərinə cəlb edilmələri üçün qeydiyyata alınıblar.

Sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara müvafiq mövzularda izahatlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti