...

Azərbaycanlı pianoçunun çıxışı Cenevrədə alqışlarla qarşılanıb (FOTO/VİDEO)

Cəmiyyət Materials 25 İyun 2023 22:39 (UTC +04:00)
Azərbaycanlı pianoçunun çıxışı Cenevrədə alqışlarla qarşılanıb (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycanlı pianoçu Ləman Seyidovanın Cenevrə Konservatoriyasında çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov yazıb.

"16 yaşlı istedadlı azərbaycanlı ulduz Ləman Seyidovanın Cenevrə Konservatoriyasında möhtəşəm çıxışı ilə fəxr edirəm. Onun Mendelsonun 1 nömrəli fortepiano konsertinin ifasında Cenevrə Konservatoriyası Orkestrinin solisti kimi peşəkarlığı tamaşaçıların gurultulu alqışlarına səbəb olub", - deyə səfir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti