...

Saatlıda Polis Günü qeyd edilib (FOTO)

Cəmiyyət Materials 2 İyul 2023 15:20 (UTC +04:00)
Saatlıda Polis Günü qeyd edilib (FOTO)

Bakı. Trend:

Saatlıda Azərbaycan Polisinin 105 illiyi münasibəti ilə tədbir keçirilib. Tədbirdə Rayon İcra hakimiyyətinin nümayəndələri, rayon ziyalıları və polis veteranları iştirak ediblər.

Saatlı Rayon Poliş Şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirin əvvəlində Rayon Polis Şöbəsinin şəxsi heyəti Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib. Gənclər Mərkəzində davam edən tədbirdə çıxış edən şöbə rəisi, polis polkovniki Azər Tağıyev 105 illik tarixi olan polisimizin keçdiyi çətin dövrdən, qazanılan uğurlardan danışıb. Bundan sonra da ictimai təhlukəsizliyin qorunmasında polisin xidmətinin daha da artacağını və bu yolda lazım gələrsə canını belə əsirgəməyəcəyini tədbir iştirakçılarının diqqətinə çatdıran polis rəisi, şəxsi heyəti bayram münasibətilə təbrik edib.

Daha sonra çıxış edənlər Azərbaycan Polisinin keçdiyi şanlı tarixdən söhbət açaraq, dövlətçiliyimizin möhkəmləndirilməsi və cinayətkarlığa qarşı mübarizədə polis işçilərinə uğurlar arzulayıblar.

Tədbirin sonunda xidməti vəzifəsində fərqlənən əməkdaşlara mükafatlar təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti