...

Zabit kurslarının buraxılış mərasimləri keçirilib (FOTO)

Cəmiyyət Materials 19 İyul 2023 12:30 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində və Hərbi Hava Qüvvələrinin (HHQ) Təlim və Tədris Mərkəzində keçirilən "Ehtiyat zabit hazırlığı" kurslarının buraxılış mərasimləri keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, mərasimlərdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Dövlət Himni ifa olunub.

Məzunlara Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri çatdırılıb, onlara gələcək xidmətlərində uğurlar arzulanıb.

Kursları bitirən hərbi qulluqçular təhsil müddətində onlar üçün yaradılan şərait və təhsil prosesindən razılıqlarını bildirib, göstərilən etimadı doğrultmaq üçün qazandıqları bilik və bacarıqları gələcək xidmətlərində inamla tətbiq edəcəklərinə, Azərbaycan Ordusunun hərbi qulluqçusu adını şərəflə daşıyacaqlarına söz veriblər.

Sonda məzunlara sertifikatlar təqdim olunub və xatirə şəkilləri çəkdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti