...

Partiyaya ianələrin yuxarı həddi müəyyən olundu

Cəmiyyət Materials 26 İyul 2023 16:53 (UTC +04:00)
Partiyaya ianələrin yuxarı həddi müəyyən olundu

Bakı. Trend:

Şəxsin bir və ya bir neçə siyasi partiyaya il ərzində verdiyi ianələrin yuxarı həddi minimum əmək haqqının 35 mislindən artıq ola bilməz.

Trend xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Siyasi partiyaların qəbul etdikləri ianələrin məbləği və ianəni vermiş şəxslər, həmçinin “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 24.4.1-ci və 24.4.2-ci maddələrində nəzərdə tutulmuş hallar barədə məlumatların təqdim edilməsi qaydası”nda əksini tapıb.

Qərara əsasən, Digər əmlak şəklində qəbul edilmiş ianənin dəyəri bazar qiyməti ilə müəyyən ediləcək. İanənin dəyərinin bazar qiyməti ilə müəyyən edilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti