...

Qanunsuz ov edənlər cəzalandırıldı (FOTO)

Cəmiyyət Materials 12 Avqust 2023 10:07 (UTC +04:00)
Qanunsuz ov edənlər cəzalandırıldı (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şəmkir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov Trend-ə bildirib ki, araşdırma zamanı balıq ovlayan şəxslərin Tovuz rayon sakini Elnur Nağıyev, Şəmkir rayon sakinləri Rafiq Qənbərov və Seymur Abbasov olduğu məlum olub, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Faktlarla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

“Eyni zamanda, "Hövzələri sintetik torlardan birlikdə təmizləyək" aksiyası çərçivəsində keçirilən nəzarət tədbirləri zamanı Şəmkir və Xaçınçay su anbarlarından, Kür çayından və digər daxili su hövzələrindən 1480 metr uzunluğunda 31 ədəd sintetik tor yığışdırılıb”, - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti