...

Azərbaycanda 13 partiya fəaliyyətini DAYANDIRDI

Cəmiyyət Materials 17 Avqust 2023 10:39 (UTC +04:00)
Azərbaycanda 13 partiya fəaliyyətini DAYANDIRDI
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda daha iki siyasi partiya - Vahid Azərbaycan Milli Birlik və Qorqud partiyaları ləğv olunub.

Trend xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi dünən qərar qəbul edib.

Nazirliyin məlumatına görə, Vahid Azərbaycan Milli Birlik Partiyası ləğv olunması ilə bağlı qərar qəbul edib və buna dair aidiyyəti sənədləri Ədliyyə Nazirliyinə təqdim edib. Partiyanın ləğvi barədə qeyd 15.08.2023-cü il tarixdə qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil olunub.

Qeyd olunub ki, “Qorqud” Partiyası da ləğv olunması ilə bağlı qərar qəbul edib və buna dair aidiyyəti sənədlər Ədliyyə Nazirliyinə təqdim olunub.

Bundan başqa, avqust ayı ərzində Ədliyyə Nazirliyi daha 11 partiyanın ləğvi barədə qərarlar verib.

Bunlar Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, “Yeni Yol” partiyası, Müstəqil Xalq Partiyası, Milli Vəhdət Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Birlik Partiyası, Azərbaycan Təkamül Partiyasıdır.

Adları çəkilən partiyalar bir müddət əvvəl özlərini buraxmaq barədə qərarlar veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti