...

Bakı məktəblərində formaların seçimi təsdiq olundu

Cəmiyyət Materials 11 Sentyabr 2023 10:44 (UTC +04:00)
Bakı məktəblərində formaların seçimi təsdiq olundu
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakı məktəblərində pedaqoji şuralar tərəfindən məktəbli formalarının seçimi təsdiq olunub.

Trend-in məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, məktəbli forması Nazirlər Kabinetinin qərarı ilə həyata keçiriləcək tədbirdir və idarə burada kommunikasiyaedici tərəfdir.

"Bu istiqamətdə çox yaxşı iş gedir. Vahid məktəbli geyimi nizam-imtizamın başlanğıcıdır. Düşünürük ki, məktəblərimiz bu sahədə də göz oxşayacaq",- deyə o əlavə edib.

Qeyd edək ki, Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilir. Konfransda elm və təhsil naziri Emin Əmrullayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, millət vəkilləri, ali məktəb rektorları, nazirliyin və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, ictimaiyyət nümayəndələri, məktəb direktorları, müəllimlər və KİV nümayəndələri iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti