...

30 ildən sonra biz xalq olaraq qələbə sevincini yaşadıq - Keçmiş məcburi köçkün

Cəmiyyət Materials 24 Noyabr 2023 07:51 (UTC +04:00)

Bakı. Trend:

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı düşmən tapdağından azad etdi və ölkəmizin ərazi bütövlüyü tam bərpa olundu. Məhz bu tarixi qələbənin nəticədir ki, bu gün biz doğma yerlərə qayıdırıq. Ailəmlə birlikdə bu gün çox sevincliyik.

Bunu Trend-ə müsahibəsində noyabrın 24-də Bakıdan Füzuli şəhərinə yola salınan keçmiş məcburi köçkün Eldəniz Mehraliyev deyib.

Birinci Qarabağ müharibəsində ağır döyüşlərdə iştirak etdiyini bildirən həmsöhbətim söyləyib ki, ötən illər ərzində hər gün torpaqlarımızın azad olunacağını gözləyib. “Düşünürdüm ki, mütləq bir gün qələbə bizim olacaq. Şükürlər olun ki, 30 ildən sonra biz xalq olaraq qələbə sevincini yaşadıq. Bizə bu sevinci yaşadan Ali Baş Komandanımıza minnətdarlığımı bildirirəm. Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm”, - deyə həmsöhbətimiz bildirib.

Xəbər lenti

Xəbər lenti