...

Bakı metrosunda əlil arabaları üçün yeni texniki qurğu istifadəyə verilib (YENİLƏNİB)

Cəmiyyət Materials 29 Noyabr 2023 10:30 (UTC +04:00)
Bakı metrosunda əlil arabaları üçün yeni texniki qurğu istifadəyə verilib (YENİLƏNİB)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı metropolitenində “Əlçatan metro” layihəsi çərçivəsində əlil arabası istifadəçilərinin rahatlığına xidmət edəcək daha iki yeni tipli qurğu istifadəyə verilib.

Trend xəbər verir ki, TEMI qurğusu əlil arabalarının eskalatorlarda istifadəsi üçün nəzərdə tutulub. Sankt-Peterburq metrosunda istismar olunan bu qurğu modernləşdirilərək yenidən hazırlanıb. Sənaye təhlükəsizliyi ekspertizasının müvafiq rəyindən sonra metro eskalatorlarında istifadə üçün təhlükəsiz və uyğun hesab edilib. Qurğu Rusiya Nəqliyyat Nazirliyi tərəfindən dövlət satınalmaları üçün rəsmi tövsiyə olunur və innovativ texnologiyaların siyahısına daxil edilib. Avadanlığın istehsalında hidravlik və elektromexaniki sistemlərdən istifadə olunmayıb. Bu texniki vasitənin Bakı metropolitenində aparılan sınaqlar əsasında ən nəzərə çarpan keyfiyyətləri sırasında təhlükəsizlik və etibarlılığı qeyd oluna bilər.

Avadanlığın öz çəkisi 45 kq-dır. Lakin sərnişinlə birlikdə çəkisi 115 kq-dək olan əlil arabaları və digər daşıma qurğularının istifadəsi üçün nəzərdə tutulub. Qurğunun müxtəlif növ əlil arabaları üçün tənzimlənən pandusları, xüsusi bərkitmə elementləri, əlavə təhlükəsizlik platforma avtoblokatoru, təhlükəsizlik kəməri, işıq xəbərdaredici siqnal göstəricisi, habelə cihazı qaranlıqda nəzərə çarpacaq edən lüminesent örtüyü var.

"TEMI-001M" maşınının əsas üstünlükləri:

- əlil arabalarının müxtəlif modelləri ilə uyğunluq;

- eskalatoru dayandırmadan gəliş və gediş;

- eskalatorun təcili tormozlanması zamanı təhlükəsizlik;

- eskalator dayandıqda insanların keçidinin təmin edilməsi;

- qiyməti elektromexaniki analoqlardan bir neçə dəfə aşağıdır;

- təmir xərclərinin olmaması;

- dizayn sadəliyi;

- eskalatoru zədələməməsi.

Qeyd edək ki, hazırda Bakı metropolitenində məhdud hərəkət imkanı olan sərnişinlərin pilləkən və eskalatorlarda endirilib-qaldırılması üçün 1 ədəd T09 “Robe” və 5 ədəd “Dragon” qurğusundan istifadə olunur.

Yeni qurğunun texniki sınaqları uğurla aparılaraq, daşıma imkanları və funksionallığı müsbət dəyərləndirildiyindən gələcəkdə eskalatorlu stansiyalarda daha geniş tətbiqi nəzərdə tutulub.

Ümumiyyətlə, “Bakı Metropoliteni” QSC-nin “Əlçatan metro” layihəsi təkcə əlil arabası istifadəçilərini deyil, bu xidmət müxtəlif səbəbələrdən fiziki imkanları metrodan istifadəni məhdudlaşdıran bütün kateqoriyadan olan sərnişinləri də nəzərdə tutur.

• əsa və qoltuqaltı ağac ilə hərəkət edənlər;

• görmə və eşitmə qabiliyyəti məhdud olanlar;

• uşaq arabaları ilə hərəkət edənlər;

• ahıllar;

• əl yükü olan hamilə qadınlar.

Metropoliten hüdudlarında əlil arabası olmayanlar üçün də bu qurğular təklif olunur.

Sifariş müddəti 1-24 saatdır.

xxx

09:03

Bu gün "Bakı Metropoliteni" QSC-nin "Nizami" stansiyasında əlil arabası istifadəçilərinin daşınması ilə bağlı eskalator üçün nəzərdə tutulmuş yeni texniki qurğu istifadəyə veriləcək.

Trend səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, "Əlçatan metro" layihəsi çərçivəsində baş tutacaq.

Mərasimdə layihədə yaxından iştirak etmiş əlil arabası istifadəçisi Cəmilə Məmmədli iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti