...

Ağdam şəhərində 20 min nəfərin məskunlaşması nəzərdə tutulub - Emin Hüseynov

Cəmiyyət Materials 12 Dekabr 2023 13:15 (UTC +04:00)
Ağdam şəhərində 20 min nəfərin məskunlaşması nəzərdə tutulub - Emin Hüseynov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Gələn ildən işğaldan azad edilmiş ərazilərə qayıdış prosesi intensivləşəcək.

Trend xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Qarabağda böyük bərpa-quruculuq işləri görülür.

"Artıq 3 mindən çox keçmiş məcburi köçkünümüzün ailələri öz doğma torpaqlarına qayıdıb. 34 min 500 ailədən 16 min ailə Qarabağ iqtisadi rayonuna köçürülməsi nəzərdə tutulur. Ağdam şəhərində 20 min nəfərin məskunlaşması nəzərdə tutulub. Bununla bağlı artıq şəhərdə layihələndirmə işləri yekunlaşmaq üzrədir və tikinti işləri başlayıb. Şəhərdə 5 məhəllənin inşası nəzərdə tutulur.

Ağdam şəhərindən başqa, 12 kəndinin, eyni zamanda, Füzuli şəhəri və 10 kəndinin bərpa olunub, 2026-cı ilin sonuna qədər təhvil verilməsi nəzərdə tutulub. Füzuliyə köçən vətəndaşlarla bağlı mütəmadi iş aparılır", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti