...

Günəşdə güclü partlayış baş verib

Cəmiyyət Materials 3 Yanvar 2024 03:18 (UTC +04:00)
Günəşdə güclü partlayış baş verib

Bakı. Trend:

Yanvarın 1-də Günəşdə güclü partlayış baş verib.

Trend-in məlumatına görə, bu barədə Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika Xidməti məlumat yayıb.

Alimlər partlayışın 32 dəqiqə davam etdiyini bildiirb.

"Alov Yerə doğru istiqamətlənmiş komponentlə tac kütləsinin atılması şəkilində müşayiət olunub", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti