...

Ombudsman Aparatının yeni rəsmi internet səhifəsinin təqdimat mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 10 Yanvar 2024 17:00 (UTC +04:00)
Ombudsman Aparatının yeni rəsmi internet səhifəsinin təqdimat mərasimi keçirilib (FOTO)
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının yeni təkmilləşdirilmiş rəsmi internet səhifəsinin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində müxtəlif media qurumları, o cümlədən xəbər agentlikləri və televiziya kanallarının nümayəndələri iştirak ediblər.

Trend xəbər verir ki, tədbiri giriş sözü ilə açan Ombudsman Aparatının sektor müdiri Emil Şahzadə Aparatın rəsmi internet səhifəsinin yenidən hazırlanmasında və təkmilləşdirilməsində məqsədin bütün istifadəçilər, o cümlədən Ombudsmana müraciət edən bütün şəxslər üçün saytın daha əlçatan olmasının təmin edilməsi, eyni zamanda vətəndaş müraciət və sorğularına daha operativ şəkildə cavab verilməsi olduğunu vurğulayıb.

Daha sonra Aparatın sektor müdiri İnsaf Nəsirov yenilənmiş saytın üstünlükləri və funksionallığı haqqında tədbir iştirakçılarına geniş məlumat verib. O, yeni saytda xüsusi kateqoriyaya aid əlilliyi olan şəxslərin daha da əlçatanlığını təmin etmək məqsədilə zəif görmə qabiliyyəti olan şəxslər üçün xüsusi vasitənin əlavə edildiyini, saytın bölmələrinin sayının artırıldığını, sayt vasitəsilə canlı yayım, o cümlədən maarifləndirici tədbirlərin interaktiv şəkildə onlayn keçirilməsi imkanlarının yaradıldığını, foto və video arxivin zənginləşdirildiyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti