...

Danimarka Krallığının Azərbaycan Respublikasındakı qeyri-rezident səfiri ilə görüş keçirilib

Cəmiyyət Materials 29 Yanvar 2024 14:37 (UTC +04:00)
Danimarka Krallığının Azərbaycan Respublikasındakı qeyri-rezident səfiri ilə görüş keçirilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Danimarka Krallığının Azərbaycan Respublikasındakı qeyri-rezident səfiri Denni Annanın rəhbərlik etdiyi nümayəndə heyəti ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.

Trend bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.

Görüşdə bu ilin noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

Eyni zamanda iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti